Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:12

Medvedev Markesə orden verdi


Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez
Rusiya prezidenti Dmitri Medvedev 85 illik yubileyi münasibətilə məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesi Şərəf odeni ilə təltif edib.

Medvedev yazıçıya məktubunda yazır: "Sizin bütün qitə xalqlarının ənənə və mədəniyyətini təzadlarıyla birgə təsvir etdiyiniz parlaq və özüməxsus əsərləriniz bir çox rusiyalılara Latın Amerikasını tanımağa və sevməyə kömək edib".

Rusiya prezidenti hesab edir ki, yazıçının əsl missiyası cəmiyyətdəki kəskin problemləri qaldırmaqdır və Markes buna daim sadiq qalıb, bu isə ədalət ideallarının yaşamasına xidmət etməkdir.

Markes 1957-ci ildə Sovet Rusiyasında olub - 30 yaşında ikən müxbir kimi gənclər və tələbələrin Moskva festivalında iştirak edib.

Həmin səfər haqqında onun "SSRİ: Coca-cola-nın bircə reklamının da olmadığı 22 400 000 kvadrat metr!" adlı essesi var. (OXU)
XS
SM
MD
LG