Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22

Suriyada partlayış törədilib, ölənlər var


Suriyanın Aleppo şəhərində partlayış törədilib.

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, partlayış poçtun binası ətrafında törədilib.

Rəsmi media isə partlayışın yaşayış məhəlləsində törədildiyini xəbər verir.

İtkilər var, amma hələlik onların sayı bəlli deyil.

Bu günlərdə paytaxt Dəməşqdə törədilmiş partlayışda 27 adam ölüb.

Sabah Suriyaya BMT və İslam Əməkdaşlıq təşkilatından ekspertlər qrupu göndərilməlidir.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 9 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG