Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Azərbaycan İrandakı səfiri xarici işlər nazirliyinə çağrılıb


Foto arxiv
Foto arxiv
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İranın xüsusi xidməti-SEPAH-la əməkdaşlıq edən dəstəni ifşa etməsinə görə Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İranın
Xarici İşlər Nazirliyinə çağırılıb.

İRNA agentliyinin məlumatına görə, İranın Xarici İşlər Nazirliyi görüşdə bu ittihamı rədd edib, səfirə rəsmi etirazını bildirib.

Səfirə bildirilib ki, Azərbaycanın bu hərəkəti Naxçıvanda bağlanan 3 tərəfli saziş və bu ölkələrin müdafiə nazirlərinin imzaladığı razılaşmaya ziddir.

Səfir Cavanşir Axundov isə Azərbaycanın İranla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Tehranın məsələylə bağlı mövqeyini Azərbaycan hökumətinə çatdıracağını deyib.
XS
SM
MD
LG