Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:55

Əfqanıstanda insan həyatının dəyəri


Əfqanıstan. ABŞ hərbiçisiylə söhbət edən əfqan
Əfqanıstan. ABŞ hərbiçisiylə söhbət edən əfqan
Əfqanıstanda NATO qüvvələrinin üsyançılara qarşı mübarizəsi gedişində mülki şəxslər arasında da zaman-zaman tələfatın olması Əfqan hökumətinin Qərb dövlətləri ilə əməkdaşlığında çat yaranmasının əsas səbəbidir. Sonuncu dəfə bir amerikalı əsgər 16 mülki əfqanı güllələyib.
Aşağıda Əfqanıstanda qoşunları olan aparıcı NATO ölkələrindən bəzilərinin mülki tələfata görə ödədikləri təzminatın məbləğləri göstərilir:
ABŞ
Əfqanıstanda 90 minlik qoşun saxlayan Birləşmiş Ştatlar mülki şəxslərin həlak olmasına görə 2500 dollaradək təzminat ödəyir. Çox nadir hallarda bu məbləğdən çox ödəniş edilir. ABŞ qüvvələri bəzən hətta günahın kimdə olduğunu müəyyənləşdirməyin mümkün olmadığı hallarda belə ödəmə həyata keçirir.
Böyük Britaniya
Britaniyanın bu ölkədə təqribən 9500 nəfərlik qoşunu var. Onlar əsasən döyüşlərin tez-tez rast gəlindiyi Helmand əyalətində yerləşir. Britaniya qüvvələri əməliyyatlarda mülki şəxslərin ölümünə görə indiyədək 210 dollardan 7 min dollaradək təzminat ödəyiblər. 2007 – 2010-cu illər ərzində London 1142 iddia üzrə ümumilikdə 1.2 milyon dolardan artıq ödəniş edib. Bunun 100 min dolları yaralanma halları, 150 min dolları isə ölüm halları ilə bağlı ödənilib. Qalan məbləğ isə maddi ziyanda bağlı ödəmələrin payına düşür.
Almaniya
Əfqanıstanda 4700 hərbçisi olan Almaniyanın hərbi əməliyyatlar zamanı zərər çəkmiş mülki şəxslərə yardımla bağlı vahid siyasəti yoxdur. 2008-ci ilin avqustunda Almaniya ona məxsus hərbçilərin nəzarət-buraxılış məntəqəsində bir əfqan ailəsinin üç üzvünü qətlə yetirməsinə görə ailəyə 20 min dollar nağd pul və 5 min dollar dəyərində bir avtomobil verib.
İtaliya
2009-cu ilin mayında Roma italyan hərbçilərin nəzarət-buraxılış məntəqəsində 14 yaşlı bir qızı qətlə yetirməsinə görə qızın ailəsinə təqribən 13 500 dollar məbləğində təzminat ödəyib. Almaniya kimi İtaliyanın da Əfqanıstanda qurbanlarla bağlı vahid təzminat siyasəti yoxdur. İtaliyanın bu ölkədə 4 minə yaxın hərbçisi var. Onlar əsasən Əfqanıstanın qərbində, İranla sərhədə yaxın ərazidə yerləşdiriliblər.
Başqa ölkələr
Norveç 2009-cu ildə öz hərbçilərinin öldürdüyü bir əfqanın ailəsinə 8 min dollar ödəyib. NATO üzvü olmayan ölkələr sırasında Əfqanıstanda ən çox qoşun saxlayan Avstraliya 2001 – 2009-cu illər ərzində mülki əfqanların yaralanması və ölümü ilə bağlı 4 ayrı insidentə görə ümumilikdə 120 min dollarlıq ödəniş edib. Polşa bu cür hallara görə 2 500 dollaradək vəsait ödəyir. Qoşunlarının xeyli hissəsini artıq Əfqanıstandan çıxarmış olan Hollandiya 2006 – 2010-cu illər ərzində baş vermiş mülki tələfatlara görə təqribən 475 min dollar təzminat ödəyib. Ölkənin əsasən cənub hissəsində fəaliyyət göstərmiş hollandlar azı 80 mülki şəxsin ölümünə və 120-sinin yaralanmasına görə məsuliyyət daşıyıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG