Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:53
-
««When The Music Dies» mənim üçün xüsusi bir mahnıdır. Mən onu qəlbimin hər küncü ilə hiss edirəm»

Bu sözləri Azərbaycanın «Eurovision» Mahnı Müsabiqəsi 2012 təmsilçisi Səbinə Babayeva mayda Bakıda ifa edəcəyi «When the music dies» mahnısı barədə deyib.
Martın 17-də mahnının təqdimatı olub.

Xəbəri Eurovision.az saytı yayıb.

Mahnının müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Krounlund'dur.

İngilis dilində ifa olunacaq mahnı lirik janrdadır.

Mahnıda milli musiqi ilə sintez də var.

Sayt vurğulayır ki, mahnı sevgi fəlakəti və onunla bağlı dərin ağır tәәssüratlar haqqında dramatik hekayədir.

«When the Music Dies» Avropa musiqisinin son tendensiyaları və Azərbaycanın milli ənənələrinin unikal birləşməsidir.

Mahnıda Azərbaycan milli musiqi alətləri - kamança, balaban, dəf və qaval, zərb alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementlərindən istifadə olunub.

Milli musiqi partiyalarının yazısında Oqtay Şərifov, Sərxan Vahabov, Azərbaycanın əməkdar artisti Şirzad FətəliyevYaşar Baxış cəlb edilib, muğam partiyasını isə Alim Qasımov ifa edir.



««When The Music Dies» mənim üçün xüsusi bir mahnıdır. Mən onu qəlbimin hər küncü ilə hiss edirəm. Onu hər dəfə ifa edəndə, hekayəti bir daha yenidən yaşayıram. Məncə, bu cür təəssüratları hamımız hiss etmişik. Əminəm ki, musiqi heç vaxt ölməyəcək, çünki heç nəyə baxmayaraq, bizim yaşamağımıza kömək edir» - Səbinə mahnı barədə söyləyir.

«When the music dies» mahnısının müəlliflərindən olan Anders Bagge bu vaxtadək Madonna, Janet Jackson, Santana, J.Lo, Celine Dion, Enrique Iqlesias kimi məşhur müğənnilər üçün mahnı yazıb və prodüserlik edib.

Johan Krounlund Stokholmda səsyazma studiyasında çalışan bəstəkar və prodüserdir. Məşhur pop-dans artistlərlə çalışıb.

Sandra BjurmanStefan Örn isə Azərbaycanın «Eurovision 2011» təmsilçiləri Eldar və Nigarın qalib mahnısı – «Running Scared»in müəllifləridir.

Şərhləri göstər

XS
SM
MD
LG