Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:54
Martın 17-də Media Hüququ İnstitutu (MHİ) Qubada saxlanılan 4 jurnalistlə bağlı bəyanat yayıb.

İnstitut jurnalistlərin müəmmalı şəraitdə saxlanılmasından və onların yaxınlarına heç bir məlumat verilməməsindən dərin narahatlıq keçirir.

Qubadakı «Xəyal» televiziyasının icraçı direktoru Vüqar Qonaqovu, televiziyanın baş redaktoru Zaur Quliyevi, reklam işləri üzrə redaktor Zaur Mustafayevi və «Poliqon» İnformasiya Agentliyinin bölgə müxbiri Cəmil Məmmədlini polis martın 13-də saxlayıb.

Jurnalistlərin martın 1-də Qubada baş verən iğtişaşların araşdırılması kontekstində saxlanıldığı ehtimal olunur.

MHİ hüquq-mühafizə orqanlarının araşdırma aparmaq səlahiyyətinin olduğunu qeyd edir. Bununla yanaşı vurğulayır ki, toplum üçün çalışan jurnalistlərlə davranış mütləq qanunla müəyyən edilən çərçivələrə və ifadə azadlığı hüququnun ölçülərinə uyğun olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG