Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:21

Dəməşqdə törədilmiş partlayışlarda azı 27 adam ölüb


Suriyanın paytaxtı Dəməşqdə törədilmiş 2 partlayışda azı 27 adam ölüb, 100-ə yaxın adamsa yaralanıb.

Ölənlərin əksəriyyəti mülki şəxslərdir.

Bu barədə Suriya televiziyası ilə səhiyyə naziri məlumat verib.

İntiharçılar partlayıcı qoyulmuş maşınlaları kəşfiyyat və təhlükəsizlik xidmətinin binaları qarşısında partladıblar.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 8 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG