Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:15

Dəməşqdə 2 partlayış törədilib, ölənlər var


Suriyanın paytaxtı Dəməşqdə törədilmiş 2 partlayışda bir neçə adamın öldüyü xəbər verilir.

İntiharçılar sübh tezdən partlayıcı qoyulmuş maşınlaları kəşfiyyat və təhlükəsizlik xidmətinin binaları qarşısında partladıblar.

Bu barədə Dövlət televiziyası xəbər verir.

Ölən və xəsarət alanların sayı dəqiqləşdirilir.

Suriyanın hökumət qoşunları isə etirazçılara qarşı hərbi əməliyyatları davam etdirir.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 8 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG