Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:53

Əfqanıstanda qətllər törətmiş ABŞ əsgərinin adı açıqlanıb


Əfqanıstanın Qəndəhar əyalətində qadın və uşaq da daxil olmaqla 16 dinc sakini əldürən ABŞ əsgərinin adı açıqlanıb.

38 yaşlı əsgər Robert Bales Küveytdən Kansas ştatına gətirilib və hazırda xüsusi təcridxana mərkəzində saxlanılır.

O 11 ildir ki, orduda xidmət edir.

Bu hadisə Kabillə Vaşinqton arasındakı münaqsibətləri gərginləşdirib.

Əfqanıstan prezidenti Hamid Karzai Birləşmiş Ştatları istintaqın gedişində Əfqanıstanla lazımınca əməkdaşlıq etməməkdə ittiham edib.

Hamid Karzai bu günlərdə NATO qüvvələrini kəndəri tərk edib, hərbi bazalarına dönməyə çağırıb.

O bildirib ki, Əfqanıstan hökuməti buna görə kompensasiya yox ədalətli məhkəmə tələb edəcək.
XS
SM
MD
LG