Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:20

ABŞ Bakıdakı səfirliyinə hücum cəhdilə bağlı suala cavab verib


Foto arxiv

Foto arxiv

ABŞ Dövlət Departamentinin mətbuat xidməti Azərbaycanda ABŞ və İsrail səfirliklərinə hücuma hazırlaşmaqda şübhəli bilinən bir neçə nəfərin həbsiylə bağlı suala münasibət bildirib.

Məthbuat xidmətinin məlumatında bildirilir ki, Azərbaycan hakimiyyəti ilin əvvəllərindən ölkədəki xarici obyektlərə hücuma hazırlaşmaqda şübhəli bilinən bir neçə nəfərin saxlandığını və onların İran hökuməti ilə bağlılığı olduğunu bəyan edib.

“Biz uzun illərdi ki, İran hökumətinin siyasi maraqları naminə zorakılığa əl atdığını müşahidə edirik və onun terrorçuluğu himayə edən dövlət olduğunu nəzərə alanda , onun bu cür cəhdləri təəccüb doğurmur.
Biz Azərbaycan hökumətilə əməkdaşlığımızı yüksək qiymətləndiririk və Bakıdakı səfirliyimiz, onun əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hakimiyyətilə sıx əməkdaşlığı davam etdirəcəyik”-deyə məlumatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG