Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:52
«Bizim yol» qəzeti «Əldən çıxan əmanətlər...»dən yazır.

Qəzet sovet dövründə banklara qoyulan əmanətlərin qaytarılmasını şərh edir: «Azərbaycanın maliyyə yardımı göstərdiyi Belarusda 100 min rubla qarşı 33 min dollar ödənilib, özümüzdə isə 5500 manat. Azərbaycan hökuməti indeksasiyanı 4-5 dəfə az hesablayır. Bu göstərir ki, hökumət əhalinin sosial rifahının yaxşılaşdırılmasında maraqlı deyil. Bu ağır vəziyyətdə yaşayan adamların könlünü almaqdan başqa bir şey deyil…».

«Ayna» qəzeti iranlıların Azərbaycana marağının artacağını yazır. Qəzetə görə, İran ətrafında yaranan təzyiqlər Azərbaycanın iqtisadi stabilliyini poza bilər.

«Azərbaycan» qəzetində AXCP sədri Əli Kərimlini, Ziyalılar Forumunda və İctimai Palatada olanları tənqid edən yazı dərc olunub. Qəzet adıçəkilən şəxsləri «Azərbaycanda oturub Azərbaycan əleyhinə iş aparanlar» adlandırır:

«Əli Kərimlinin vaxtilə Əbülfəz Elçibəyi, ondan sonra isə ətrafında olanları hamısını satdı. İndi isə Azərbaycanın milli maraqlarını satmağa qurşanıb. Eldar Namazovun başçılıq etdiyi «ziyalı» dəstəyə əsasən Azərbaycan hakimiyyətindən şəxsi mənafeləri ucbatından incik düşənlər, növbəti dəfə deputat seçilməyənlər yığışıb. «İctimai Palata» adlanan qurum xarici antiazərbaycan dairələrlə əlaqəli şəkildə Azərbaycanda vəziyyəti gərginləşdirmək, ictimai-siyasi sabitliyi pozmaq məqsədilə qərəzli iddialar irəli sürür…».

«Yeni Azərbaycan» qəzeti isə Azərbaycanda səfərdə olan Almaniya xarici işlər nazirinin müxalifət nümayəndələri ilə görüşünə toxunur.

Qəzet yazır ki, «Xəyanətkar müxalifət Almaniyanın XİN rəhbəri qarşısında yeni öhdəliklər götürdü…».

«Azadlıq» qəzeti yazır ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov «danışıqlar prosesi iflasa uğrayıb» deməklə İlham Əliyevin bleflərini ifşa etdi. Qəzet bunu «Məmmədyarovdan Əliyevə küt zərbə adlandırır…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG