Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:39

Minskdə ölüm hökmünə qarşı aksiya keçirilib


Minskdə ötən ilin aprelində metroda terror aktı törətməkdə ittiham olunan Dimitri Konovalov və Vladislav Kovalyova ölüm hökmü verilməsinə qarşı simvolik aksiya keçirilib.

İnterfaksın məlumatına görə, sosial şəbəkələrlə təşkil edilmiş aksiyada 15-ə yaxın adam iştirak edib.

Prezident Aleksandr Lukaşenko bundan əvvəl onları əfv etməkdən imtina edib.

Ötən il Minsk metrosunda törədilmiş terror aktında 15 adam ölüb, 200-dən çox adam isə yaralanıb.
XS
SM
MD
LG