Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:08

Kofi Annan Suriya məsələsində bir araya gəlməyə çağırır


BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi Kofi Annan BMT-nin təhlükəsizlik şurasını Suriya böhranında vahid mövqeə gəlməyə çağırıb.

Ötən həftə Dəməşqdə olmuş Kofi Annan təhlükəsizlik şurasının qapalı iclasında hesabatla çıxış edib.

Onun sözlərinə görə, Suriyada beynəlxalq müşahidəçilər yerləşdirilməsilə bağlı ölkə rəhbərliyi ilə danışıqlar aparmaq üçün gələn həftə Dəməşqə xüsusi missiya göndəriləcək.

Kofi Annan Cenevrədə Rusiya və Çinin nümayəndələrilə də görüşüb.

Bu iki ölkə bu yaxınlarda təhlükəsizlik şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoyublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG