Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:37
«Biz Ermənistanın «Eurovision»dan deyil, Qarabağdan çıxmasını üstün tutardıq»

Bu fikirləri Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış ölkəsinin «Eurovision» təmsilçisi Can Bonomo ilə görüşdə səsləndirib.

Egemen Bağış əlavə edib ki, ermənilərin «bu fikirləri gözdən keçirmələrində fayda var».
Türk mediası xəbər verir ki, martın 15-də Egemen Bağış mayda Azərbaycanda düzənlənəcək mahnı yarışmasında Türkiyəni təmsil edəcək Can Bonomonu Ortaköydəki Avropa Birliyi Nazirliyinin ofisində qəbul edib.

Mətbuata qapalı olan görüşdən sonra Bağış və Bonomo kameralar önündə jurnalistlərin suallarını cavablayıb.

Egemen Bağış «Eurovision»u Avropanın ən köklü müsabiqələrindən biri hesab etdiyini bildirib və Bonomonu o müsabiqədə ölkəsinin «gözü, qulağı və səsi» olaraq qiymətləndirib.

Avropa Birliyi üzrə nazir Can Bonomonun ölkəsini uğurla təmsil edəcəyinə inandığını da söyləyib, onu dəstəkləyəcəyini bildirib və təmsilçini «fəxri elçi» adlandırıb.

Nazir jurnalistlərlə birlikdə Bonomonun martın 15-də yayıma çıxan «Love Me Back» adlı mahnısının klipini də izləyib və klipi bəyəndiyini söyləyib.

Türkiyəli nazir Azərbaycanın adının son vaxtlar insan haqlarının pozulmasıyla yanaşı çəkilməsi, bü üzdən bəzi ölkələrin və beynəlxalq qurumların müsabiqəni baykot etmək çağırışı ilə bağlı sualı da cavablandırıb.

Egemen Bağış yarışmanın Azərbaycanda keçirilməsinin texniki səbəb olduğunu, bu müsabiqəni qazandığı üçün Bakının ev sahibi olduğunu vurğulayıb:

«Azərbaycan beynəlxalq toplumun sayılan bir üzvüdür. BMT-nin üzvüdür. Demokratiya ilə idarə olunan bir ölkədir. Heç bir ölkənin bunu qınama haqqı yoxdur. «Eurovision»a qatılan digər ölkələrin Azərbaycanla həm diplomatik, həm mədəni əlaqələri vardır. Belə bir məktub varsa belə əbəs işdir»- deyib.
XS
SM
MD
LG