Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:08

Bakı-Tbilisi-Qarsın Azərbaycanda 62 kilometri çəkilib


Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan hissəsində 62 kilometr xətt çəkilib

Bu barədə layihənin başlanğıcı hesab edilən Ağstafa rayon Dəmiryolunun rəis müavini Osman Salmanov məlumat verib. Bildirib ki, Ağstafa rayonundan ümumilikdə 80 kilometr dəmiryolu xətti keçir ki, bunun artıq 30 kvadrat metri yenilənib. Layihə əsasında Ağstafadan Şəmkirin Zəyəm kəndi istiqamətində gedən xətlərin isə 32 kvadrat metri salınıb.
Osman Salmanov deyir ki, yaxın günlərdə isə Ağstafadan Böyük Kəsik istiqamətində olan 40 kilometr dəmiryol xətlərinin yenilənməsi nəzərdə tutulub.

Bakı-Tbilisi-Qars dəmiryol bağlantısı layihəsini «Azərinşaatservis» şirkəti həyata keçirir. «Azərbaycan Dəmir Yolları» QSC-nin «Dəmiryolservis» MMC-nin kollektivi isə podratçı təşkilat kimi layihədə iştirak edir.

Osman Salmanov onu da əlavə edir ki, layihə əsasında Ağstafada dəmiryolu qırağındakı 2 bina plana düşür deyə söküləcək. Şəhərin içərisində 45 mərtəbəli binalar tikiləcək və əhali köçürüləcək. Layihə 2014-cü ildə başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG