Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:03
Seymur Baycan


İTƏ TAMAH SALANLAR

Dünən Mədəniyyət kanalında Amadeo Modilyani haqqında filmə baxdım. Bərk əsəbiləşdim. Ağızlarına gələni çəkmişdilər.

O qədər əsəbiləşdim ki, gecə saat 3-də rəssam dostuma mesaj yazıb, ürəyimi boşaltdım. Filmə baxıb bir əhvalatı xatırladım.

Səhv etmirəmsə Anna Axmatova Modilyani haqqında filmə axıra qədər baxa bilmir. Filmin yarısında zalı tərk edir. Səbəbini soruşurlar. Deyir ki, bu nə zibildir çəkiblər. Modilyanini təlxək gününə qoyublar. Yenə də səhv etmirəmsə, Anna Axmatova Modilyanini şəxsən tanıyıb və deyəsən isti münasibətləri olub.

Bəli, rejissorlar orta statistik tamaşaçıların zövqün, sifarişin nəzərə alaraq bəstəkarları, rəssamları, şairləri, yazıçıları filmlərdə təlxək vəziyyətinə salırlar.

Filmlərdə yaradıcı adamlar qusurlar, yemək yedikləri masaya təpik vururlar, hətta müsamirədə, ziyafətlərdə adamlar arasında nümayişkarənə formada qaz buraxırlar, axmaq, əttökən “dəliliklər” edirlər.

Mənə bir adam dedi ki, əslində rejissorlar heç də savadsız tamaşaçıların sifarişi ilə belə

Milan Kunderanın fikirinə görə, yaradıcı adamın iki həyatı olmalıdır. Biri həqiqi, real həyat. İkinci həyatı isə yaradıcı adam özü uydurmalıdır. Bu iki həyat ustacasına bir-birinə qarışdırılmalı, bir-birinin içində əriməlidir.

filmlər çəkmirlər. Bu filmlər əslində rejissorların arzusudur. Yəni onlar bəstəkar, yazıçı, şair, rəssam olsaydılar belə hərəkətlər edərdilər.

Maraqlı fikirdir. Xeyli adam tanıyıram olmaq istədiyi adamın hərəkətlərini yamsılayır. Tutaq ki, XIX əsrdə yaşamış rəssamın, bəstəkarın, yazıçının həyatını bizim əsrə daşımaq istəyir, olmaq istədiyi adamın həyat tarixçəsinin kserokopiyasın çıxarır, nəticədə istər-istəməz gülməli vəziyyətə düşürlər. Məsələn, mən bir qız tanıyıram özünü knyaginya Şerbatskaya kimi aparır. İstəyir ki, kişilər onunla əsl cəngavər kimi salamlaşsınlar, duelə çıxsınlar onun uğrunda. Bir sözlə adamın ağlı rəsmən uçub. Qərəz, çox faciəvi adamdır. Sağalması da mümkün deyil...

Bəstəkarları, yazıçıları, şairləri, rəssamları filmlərdən tanıyan adamlara dözmək çox çətindir. Onların dayaz düşüncəsinə görə, Dostayevski qumarbaz, Bethoven isə kar olub. Van Qoq da qulağını kəsib. Vəssalam. Bitdi. Onların dayaz düşüncəsinə görə, yaradıcı adamlar mütləq qeyri-adi, heç bir əndazəyə sığmayan hərəkətlər etməlidirlər, həm də kasıb olmalıdırlar. Tez-tez dava salmalıdırlar və bərk döyülməlidirlər. Üstəlik acından da ölməlidirlər. Yaradıcı adamlar gecə saat ikidə başını pəncərədən bayıra çıxarıb qəflətən, heç bir səbəb olmadan eşşək kimi anqırmalıdırlar. Daima fikirli olmalıdırlar. Çox vaxt cırıq şalvarda, pencəkdə gəzməlidirlər. Gecə qəfildən oyanıb şeir yazmalıdırlar. Rəsm çəkməlidirlər. Ən azı 3-4 dəfə intihara cəhd etməlidirlər. Əllərində araq butulkası avtobusa, metroya girməlidirlər...

Bu yaradıcı adamlardan nələr tələb olunur? Dəhşət.


Belə yanlış təsəvvürün yaranmasında bəstəkarlar, yazıçılar, şairlər, rəssamlar haqqında çəkilmiş filmlər müstəsna rol oynayır. Savadsız adamlar belə filmərə baxaraq reallıq hissini itirir, filmdə gördüyü hər bir səhnəni birbaşa beyninə həkk edir və nəticədə günəşi güləş kimi başa düşür.

Mən özüm belə adamların əlindən olmazın əziyyətin çəkmişəm. Onlara heç nə başa salmaq olmur. Görəndə ki, sənin iki gözün, iki ağzın, iki qulağın var, həmin adamlar dərin kədərə qərq olurlar. Onların düşüncəsinə görə, mənim qulağımın yerində “damaşnı antena”, gözümün yerinə isə durna teli olmalı imiş.

Bu mənada fəlsəfəylə məşğul olanların işi daha ağırdır. Nədən ki, antik filosofların çoxu
Amedeo Clemente Modigliani (1884-1920)

Amedeo Clemente Modigliani (1884-1920)

öz həmcinslərinə böyük maraq göstəriblər və bəzi adamlar fəlsəfəylə məşğul olanlardan ənənəyə boyun əyməyi tələb edirlər. Əks halda onların fəlsəfəylə məşğul olmaları ciddi şübhə altına düşəcək.

Bəli, yaradıcı adamları filmlərdən tanıyan adamların düşüncəsinə görə rəssamlar, bəstəkarlar, şairlər mütləq şorgöz, arvadbaz olmalıdırlar, hətta lazım gələrsə, itə də tamah salmalıdırlar.

Milan Kunderanın fikirinə görə, yaradıcı adamın iki həyatı olmalıdır. Biri həqiqi, real həyat. İkinci həyatı isə yaradıcı adam özü uydurmalıdır. Bu iki həyat ustacasına bir-birinə qarışdırılmalı, bir-birinin içində əriməlidir. Hansı ki, bunu Kolumbiya yazıçısı Markes çox gözəl bacarır. Markes bu işin ustasıdır.

Orta statistik oxucular Markesin yaradıcılıq prosesi haqqında uydurduğu nağılları reallıq kimi qəbul edirlər. Nəinki oxucular, hətta bizim bəzi yazarlarımız belə Markesin boşboğazlığına qəşəngcə inanırlar. İnanırlar ki, Markes doğurdan da terrorçu, sehrbaz olmalı imiş, sadəcə cəsarəti çatmayıb və yazıçı olub. Guya roman yazanda günə bir səhifə, hekayə yazanda günə də bir cümlə yazmaq lazımdır.

Uydurulmuş həyatla, həqiqi həyatın sərhədlərini müəyyən etmək bir az çətindir. Zatən yazıçılıq bir ömürdə bir neçə ömrü yaşamaq, bir ömrə bir neçə ömrü sığışdırmaq cəhdidir. Həqiqi həyatla uydurulmuş həyatın sərhədini müəyyən etməyi mütailənin üçüncü və dördüncü mərhələsində olanlar asanlıqla bacarırlar. Bu haqda “İvan İliçin ölümü” yazımda yazmışam. Təzədən dastan açmaq istəmirəm.

Qaldı araq içmək, şorgöz, arvadbaz olmaq problemi... Bəyəm elə araq içən təkcə rəssamlar, bəstəkarlar, şairlərdir? Sadəcə onlar diqqət mərkəzində olduqlarına görə, onların içməyini, kiməsə tamah salmağını hamı görür, hərə onların hərəkətinə bir məna verir və hərə bir şey əlavə edir. Beləcə, 100 qram araq asanlıqla bir vedrə arağa çevrilir. Halbuki mən avtobus sürücüsü tanıyıram ki, hər axşam bir litr dimidirollu Bakı arağı içir. Polis tanıyıram ki, hər ay bir adamın saqqızını oğurlayır. Bəyəm dünya tarixində Dostoyevskidən savayı qumarbaz olmayıb? Bəyəm Van Qoq qulağını kəsib deyə bütün rəssamlar mütləq qulağının birini kəsib təkqulaq gəzməlidirlər?

Van Qoqu “Yaşamaq yanğısı” romanından tanıyanlara heç cürə başa salmaq olmur ki, romanda yazılanların çoxu müəllif tərəfindən uydurulub. Amma etiraf edək ki, çox ustalıqla uydurulub. Bax elə bu cümlələri yazarkən bir hadisə yadıma düşdü. Bizim küçədə bir oğlan vardı və bir qızı betər sevirdi. Qarşılıqsız sevgidən oğlan başını bərk itirmişdi. Bir gün baş barmağını kötüyün üstünə qoyub baltayla kəsdi. Sonra baş barmağını bəzəkli qutuya qoyub qıza hədiyyə apardı. Qız qutunu açanda ürəyi getmişdi. Bu hadisədən çox az adamın xəbəri var, amma həmin oğlan ortabab, yazıçı, şair, bəstəkar, rəssam olsaydı...

Qafqazinfo

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG