Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Moldova parlamenti ölkə prezidentini seçib



Bu gün Moldova parlamenti ölkə prezidentini seçib. Bu, 63 yaşlı hüquqşünas Nikolae Timoftidir.

O, 62 səs toplayaraq Moldovanın yeni prezidenti olub. 101 yerlik parlamentdə dövlət başçısını seçmək üçün minimum 61 səs tələb olunurdu.

Moldova parlamenti 2009-cu ildən prezident seçə bilmirdi. Prezident seçkisində hakim koalisiya müxalifətlə razılığa gələ bilmirdi.

N. Timofti Moldovada hakimlərin təyinatı ilə məşğul olan Ali Magistratura Şurasının sədri olub. O, parlamentdəki çıxışında hökumətin Avropaya inteqrasiya siyasətini dəstəkləyəcəyini bildirib.
XS
SM
MD
LG