Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:03

«Eurovision- 2012»nin videoçarxlarının çəkilişi başlayıb


Arxiv foto
Arxiv foto
«Euovision-2012» Bakı şousunun ayrılmaz hissəsi olan postkardların çəkilişləri başlayıb.

Bu xəbəri «Eurovision.az» saytı yayıb.

Postkardlar «Eurovision» Mahnı Müsabiqəsində iştirak edən hər bir ölkənin təmsilçisinin çıxışından əvvəl yayımlanan qısa videoçarxlardır.

Xəbərdə bütün Avropa auditoriyasının Bakı şousunu maraqla gözlədiyi vurğulanır.

Çəkilişlər «Eurovision-2012» şousunun istehsalı üzrə tərəfdaş olan Almaniyanın «Brainpool GmbH» şirkəti ilə birgə həyata keçirilir.

Sayt bildirir ki, ümumilikdə, mayın 22, 24 və 26-da «Bakı Kristal Zalı»nda keçiriləcək «Eurovision» Mahnı Müsabiqəsi çərçivəsində 42 videoçarx çəkiləcək.

Bu çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində aparılacaq.

«Eurovision-2012»nin İşçi Qrupunun təqdim etdiyi ssenarilər əsasında hazırlanan təqdimat videolarında fərqli üslubdan istifadə olunacaq.

Çəkilişin rejissoru Sven Freckin bildirdiyinə görə, Azərbaycana dair maraqlı mənzərələr, mövzular müasir texniki imkanlarla təqdim ediləcək:

«Azərbaycanda Avropa ilə çox bənzərliklər var. Buradakı qədimlik və müasirliyin ahəngini bəyənirəm. Çalışacağıq ki, tamaşaçılara heç gözləmədikləri videoları nümayiş etdirək. Mən insanların evdə oturub nə gözlədiklərini bilirəm. Amma bu dəfə belə olmayacaq. Bu dəfə biz onlara adət etmədikləri, bu vaxtadək görmədikləri videolar təqdim edəcəyik» deyə Sven Freck bildirib.

Qeyd edək ki, «Eurovision» Mahnı Müsabiqəsinin rəhbəri (Executive Supervisor of the Eurovision Song Contest) Yan Ola Sand (Jon Ola Sand) il ərzində Bakı müsabiqəsinə yüksək səviyyədə hazırlıqların getdiyini bildirib. «May ayında insanlar əvvəllər görmədikləri yeni bir şou izləyəcəklər»deyən müsabiqə rəhbəri tamaşaçıların builki şou ilə fəxr edəcəklərini vəd edib.

Xatırladaq ki, Azərbaycanın ev sahibliyi ilə keçirilən 57-ci «Eurovision» Mahnı Müsabiqəsində 42 ölkə təmsil olunur.

Mayın 22 və 24-də müsabiqənin yarımfinal mərhələləri, mayın 26-da isə finalı olacaq.

Bir çox ölkənin müsabiqədə səslənəcək mahnısı və klipi hazır olsa da, Azərbaycan mahnısını hələ təqdim etməyib.
XS
SM
MD
LG