Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:07

6 ərəb dövləti Suriyadakı səfirliyini bağlayıb


Körfəz Əməkdaşlıq Şurasına daxil olan 6 ölkə Suriyadakı səfirliklərini bağlayıb. Bu ölkələr - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Oman, Qətər və Küveytdir.

Körfəz Əməkdaşlıq Şurasının rəhbəri Abdullatif al-Zayani bildirib ki, onlar bu addımı Suriyadakı hərbi əməliyyatlara və Bashar Assadin repressiyalarına etiraz olaraq atıb.

Bundan əvvəl ABŞ və Fransa Dəməşqdəki səfirliklərini bağlayıb. İtaliya, Böyük Britaniya və İspaniya isə Suriyadakı diplomatik missiyalarının fəaliyyətin müvəqqəti dayandırıb.

BMT-nin rəqəmlərinə görə, keçən ildən Suriyada 8 mindən artıq adam öldürülüb.
XS
SM
MD
LG