Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:18

Lalə Şövkətin Quba açıqlamaları, Bahar Muradovanın ad günü


Mətbuat icmalı
Mətbuat icmalı
«ÖLKƏMƏ GÖRƏ XƏCALƏT ÇƏKİRƏM»

Bunu «Bizim yol» qəzetinə müsahibəsində Liberal Partiyasının lideri, sabiq dövlət katibi Lalə Şövkət Hacıyeva deyib.

Quba hadisələri haqda danışan partiya lideri söyləyib: «Necə quyudan götürülən bir damla suyun analizi quyuda olan bütün suyun tərkibini müəyyən edirsə, elə də Quba hadisələri hakimiyyətin yürütdüyü siyasətin mahiyyətinin göstəricisidir. Bu hadisələrdə gizli məqamlar axtarmaq yersizdir».

Lalə Şövkət daha sonra deyib ki, Qubadakı repressiyalara son qoyulmalıdır. «Quba camaatı öz ləyaqətini qoruyub. İqtidar insanların torpağını, evlərini, bağlarını ala bilər, lakin ləyaqətinə, namusuna toxunsa, öz sərt cavabını alacaq».


«AZƏRBAYCANÇILIQ NÖQTEYİ NƏZƏRİ...»

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova ad günü ərəfəsində «Yeni Azərbaycan»a müsahibə verib. Qəzetin «İstər ölkə xaricində, istər ölkə daxilində «Eurovision»u boykot etməyə çağırırlar. Bu «narahatlığın» kökündə nə durur» sualına belə cavab verib:

Bahar Muradova
Bahar Muradova
«Bu fəaliyyət Azərbaycanda yeni deyil. Mən hesab edirəm ki, bu da baş tutmayacaq. Kimlərsə siyasi ambisiyalarını bu yarışmanın hesabına reallaşdırmaq, bu yarışma ətrafında qalmaqal yaratmaq istəyirsə, əmin ola bilərsiz ki, bunlar boş cəhdlərdir. Yaxşı olar ki, hamı bu məsələyə azərbaycançılıq nöqteyi-nəzərdən yanaşsın».

XƏDİCƏ İSMAYILOVA BARƏDƏ YAZIRLAR

Qəzetlər AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanın şantaj olunmasına isə xüsusi diqqət ayırıblar.

«Azadlıq» qəzetinin köşə yazarı Elnur Astanbəyli yazır: «Diqqətimi Prezident Administrasiyasının bəyanatındakı «çirkin əməl» ifadəsi çəkdi. Yəni axır ki, özləri də özlərinin çirkin olduqlarını etiraf etdilər». Müəllif deyir ki, ötən il ərəb ölkələrində baş verənlərdən «qorxudan başlarını itirib özlərinə «korrupsioner» dedikləri kimi, indi də artan qəzəb, ikrah, lənət önündə əndişəyə düşüb özlərinə «çirkin» dedilər. Bu gedişlə çox keçməz, İlham Əliyev çıxar özünə «diktator» deyərsə, heç təəccüblənmərəm».

ƏMLAK QİYMƏTLƏRİ UCUZLAŞIB

«Exo» yazır: «Bakıda adambaşına 25 kvadratmetr yaşayış yeri düşür». Dövlət Layihə İnstitutunda isə hesab edirlər ki, rəsmi rəqəmlər real göstəricilərə uyğun deyil.

Qəzet həmçinin yazır ki, böhran başlayandan bəri, yəni son 3-4 ildə əmlak bazarında qiymətlər düşüb.

«Exo» ona da toxunur ki, son zamanlar mərkəzə yaxın Xətai və Yasamal rayonlarında yeni tikililərin müştəriləri də artıb. Səbəb də qiymətlərin nisbətən münasib olmasıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG