Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

Qəzada 12 türk əsgəri həlak olub


Əfqanıstanda qəzaya uğrayan helikopterdə 12 türk əsgəri həlak olub.
Türkiyə Silahlı Qüvvələrinin məlumatına görə, Sikorsky tipli helikopter yerli vaxtla saat 10.25-də qəzaya uğrayıb və helikopterdəki 12 əsgərin hamısı həlak olub. Qəzanın səbəbləri araşdırılır.
Helikopter Bagram hərbi bazası yaxınlığında yaşayış evinin üstünə düşüb. Kabil polisinin verdiyi məlumata görə, vertolyot düşməzdən əvvəl havada alışıb.

Həlak olan türk əsgərləri Əfqanıstanda beynəlxalq koalisiya qüvvələri tərkibində fəaliyyət göstərirmiş.

Beynəlxalq koalisiya qüvvələri tərkibində 1800 türk əsgəri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG