Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:30
Martın 16-da hökumət Milli Məclisə hesabat verib. Hesabat məruzəsi ilə baş nazir Artur Rasizadə çıxış edib.

O deyib ki, 2011-ci ildə qeyri-neft sektorunun gəlirləri 9,4 faiz, ümum daxili məhsul isə 3 dəfə artıb. Baş nazir əhalinin gəlirlərinin də 2,6 milyard manat artdığını, 1 milyondan artıq iş yeri açıldığını, yoxsulluğun 5,3 dəfə azaldığını deyib.

Artur Rasizadə səhiyyə, təhsil və başqa sahələrdəki islahatlardan danışıb. Aparılan islahatların iqtisadi-sosial həyata təsirini qeyd edib.

Kosmik tədqiqatlara da toxunan baş nazir bildirib ki, bu ilin sonunda Azərbaycan kosmosa öz peykini buraxacaq.

Millət vəkilləri hesabatı müzakirə edirlər.

Hər ilin martında hökumət Milli Məclisə hesabat verir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG