Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:06

BMT Əfqanıstanda insan haqlarının vəziyyətindən narahatdır


BMT-nin baş katibi Ban ki-moon Əfqanıstanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlığını bildirib.

BMT-nin məruzəsində deyilir ki, narahatlıq daha çox Əfqanıstanda yerli özünü müdafiə dəstələrinin zorakı hərəkətlər törətməsi, məhkəməsiz adamlar öldürməsi və başqa insan haqlarının pozulması ilə bağlıdır.

NATO-nun maliyyələşdirdiyi və silahlandırdığı əfqanlardan ibarət könüllü dəstələr bu ölkənin şəhər və kəndlərini talibançılardan müdafiə etməlidirlər. Ban ki-moon bildirib ki, könüllü dəstələr əfqan ordusuna və polisinə hesabat verməlidir.


Gələn həftə BMT-nin Təhlükəsizlik Şurasında BMT-nin Əfqanıstandakı missiyasının mandatının uzadılmasına ilə bağlı səsvermə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG