Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:03

Gəncədəki binalara 77 ədəd yeni lift quraşdırılıb


Gəncədəki hündür mərtəbəli binalara 77 ədəd yeni lift quraşdırılıb

Bu barədə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin baş mühəndisi Məmməd Hüseynov məlumat verib. Bildirib ki, təmirsiz qalan 45 lift isə bu il ərzində ya əsaslı təmir olunacaq ya da yeniləri ilə əvəzlənəcək.

«Liftlərin təmiri bu il Birliyin əsas planları sırasındadır. Bu ilin 2 ayı ərzində şəhərin müxtəlif yerlərində 10 ədəd yeni lift quraşdırmışıq. 20-si isə əsaslı təmir edilib. Ümumilikdə indiyədək hündür mərtəbəli binalara 77 yeni lift quraşdırmışıq. 68 lift əsaslı təmir olunub».

Məmməd Hüseynov deyir ki, Avropadan alınan bir yeni liftin qiyməti 8-10 min manata başa gəlir. Adambaşına liftə görə ayda cəmi 20 qəpik ödəniş haqqı toplanır.
XS
SM
MD
LG