Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:36

İlk sınaq imtahanı aprelin 8-də keçiriləcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə hazırlaşanlara kömək üçün keçirilən ilk sınaq imtahanının vaxtını açıqlayıb.

İlk sınaq imtahanı aprelin 8-də keçiriləcək.

Həmin imtahana yazılmaq istəyən abituriyentlər martın 16-dan etibarən mobil telefon nömrələrindən 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.

Ödəmə kartlarını «Visa/Visa Electron» və ya «Mastercard/Maestro» plastik kartı olan istənilən şəxs Komissiyanın internet saytından ödəmə etməklə də əldə edə bilər.
XS
SM
MD
LG