Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:47

Pakistan prezidenti gələn ay Azərbaycana gələcək


Pakistan prezidenti Asif Ali Zardari aprelin sonunda Azərbaycana gələcək. Pakistan prezidenti səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Azərbaycan-Pakistan biznes-forumunda iştirak edəcək.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan mətbuatına bildirib ki, «İslamabadla Bakı arasında etibarlı siyasi və diplomatik münasibətlər güclü iqtisadi və ticarət münasibətlərinə keçəcək».

Daşqın Şikarov onu da deyib ki, Azərbaycan-Pakistan biznes-forum iki ölkə arasında ticarət münasibətlərinə və qarşılıqlı sərmayə qoyuluşuna təkan verəcək. O iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsi üçün böyük potensial olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG