Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:53

Ombudsman Xədicə İsmayılova ilə bağlı baş prokura muraciət edib


Elmira Süleymanova

Elmira Süleymanova

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Suleymanova “Azadlıq” Radiosun”un Bakı bürosunun əməkdaşı Xədicə İsmayilovanın şəxsi həyatına müdaxilə ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Xədicə İsmayilovanın özəl həyatına müdaxilə edildiyi, onunla bağlı video görüntülərin internet səhifələrində yayıldığı, bu hərəkətlərin onun jurnalist fəaliyyəti ilə əlaqələndirildiyi qeyd olunub.

Ombudsman jurnalistin şəxsi həyatının toxunulmazlıq hüququnun pozulmasına səbəb olmuş bu hərəkətin araşdırılmasını, günahkarların tapılaraq məsuliyyətə cəlb edilməsi və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG