Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:23
Martın 15-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə əfv sərəncamı imzalayıb.

Əfv ümumilikdə 62 nəfərə şamil edilir.

Siyahıda 2 aprel məhbuslarından yalnız Elnur İsrəfilovun adı var. «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli də buraxılanlar arasındadır.

Əfv fərmanın icrasına martın 16-da başlanacaq.

ƏFV OLUNANLARIN SİYAHISI
REAKSİYALAR

Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, onların Əfv Komissiyasına göndərdikləri siyahıdan yalnız 2 nəfər əfv edilib:

«Gözləyirdik ki, bütün «2 aprelçilər» və ümumiyyətlə siyasi məhbuslar azad olunacaq. Bu, olmadı. Amma 62 nəfərin də əfv olunması az iş deyil. Ruslan Bəşirlinin buraxılmasına çox sevindim. Biz neçə illər idi ki, onun azadlığa buraxılmasına çalışırdıq. O, nəhayət ki öz ailəsinə, öz nişanlısına qovuşacaq. Gərək yenə də gərgin çalışaq ki «Eurovision» mahnı yarışmasına qədər qalan siyasi məhbuslar da buraxılsın. Yoxsa həmin dövrdə Azərbaycana gələcək 2000-ə yaxın jurnalist bu məsələlərdən yazacaq».

Səidə Qocamanlı deyir ki, indi onların siyahısında 22 «siyasi məhbus» var.

Ruslan Bəşirlinin atası Cəlil Bəşirov deyir ki, əfv fərmanından az əvvəl Ruslan evə zəng edibmiş, amma o, əfv olunacağından xəbərsiz imiş:

Ruslan Bəşirli

Ruslan Bəşirli

«Mən çox sevinirəm. Düz 7 il idi bu günü gözləyirdik. İndi rayondayam, sabah Bakıya yola düşəcəyəm».

Ruslan Bəşirli əfv olunması üçün prezidentə müraciət edib.

O, hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq 2005-ci ildə 7 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onun həbsini siyasi motivli hesab edirdilər.

RUSLAN BƏŞİRLİ: «ƏFV ƏRİZƏSİ YAZMADAN AZADLIĞA ÇIXMAQ MÜMKÜN DEYİL»

«Yeni Fikir» Gənclər Təşkilatının sədri həbsxanadan azad olunub. Ruslan Bəşirli ilk müsahibəsini AzadlıqRadiosuna verib. O, əfv olunmaq üçün prezidentə müraciət etdiyini təsdiqləyib:

«Mümkün deyil ki, əfv ərizəsi yazılmadan məhkum azadlığa çıxsın. Bu, bir proseduradır. Bunun başqa bir yolu yoxdur. Kim deyir ki, əfv ərizəsi yazmadan əfv olunub, bu, yalan şeydir. Bu, qeyri-mümkündür. İndi mənim prezidentə yazdığım ərizəni televizorda görsətdilər. O biriləri göstərməyiblərsə, bu o demək deyil ki, həmin adamlar yazmayıblar. 6 ildən çoxdur həbsdə idim, heç düz əməlli müdafiə də olunmurdum. İndi nə oldu əfv ərizəsi yazmağımı deyirlər...».

2 aprel məhbusu Elnur İsrəfilov da artıq azadlıqdadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG