Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Bağdadda EMO ovu


Azərbaycanda emolar
Azərbaycanda emolar
İraqda gey – homoseksuallar olmaq heç vaxt asan olmayıb, ancaq 2003-cü ildən – NATO qoşunlarının Səddam Hüseyni deviRməsindən sonra lap çətinləşib. Xüsusən də ölkədəki təhlükəsizliyə nəzarət yerli milisin – çox vaxt dindarlardan təşkil edilən dəstələrin əlindən keçəndən bu lap təhlükəli olub.

İxtisasca həkim olan Hurriya indi adını da gizlədir. Əlində dostunun iki şəklini tutub. Şəklin birində özünəməxsus saç stili olan bir gəncdir, digərində isə yük maşınına qoyulan bir bədən. Huriyya deyir ki, dostunun başı əzİlib tanmaz hala salındığından üzünü göstərə bilmir.

Polisin məlumatına görə, Saif Asmari fevralın 17-də döyülüb, əzilmiş halda meyitini tapıblar. Gey haqları fəalı olan Hurriya məsələni belə izah edir:

“Adətən məhəllələrdə geyləri hamı tanıyır, çünki öz bədənini verən adətən 1-2 nəfər olur, alansa çox. Mənə səhər tezdən zəng elədilər ki, onun başını səkiyə qoyub, beton bloklarla əziblər”.

Son iki ayda bu cür ölümlərin sayı İraqda, xüsusən də Bağdadda çoxalıb. Özü də öldürülənlər təkcə geylər- homoseksuallar yox, həm də EMO-lardır.

EMO – emosional pank mədəniyyəti son onillikdə Qərbdə yaranıb. Onlar uzun saç saxlayır, qara geyinir, üstlərində kəllə fiqurlu gümüşü zəncirlər olur.

Son 3 həftədə Bağdadda düz 14 nəfər dəyənəklə, daşla, betonla əzilərək öldürülüb.

Ölüm halları başqa şəhərlərdə də yayılıb, ancaq yerli hökumət bunların ayrıca statistikasını aparmır.

Bağdadın Sədr Məhəlləsindəki yaraqlıların xüsusi siyahılar yaydığı bildirilir. O siyahılarda pozğun kimi təqdim olunan və ölümə layiq olan emolarla homoseksualların adları göstərilir.

Hurriya deyir ki, bu cur siyahılar üzündən sadəcə fərqli göründüyü üçün son bir ildə artıq 200-ə yaxın adam öldürülüb.

Bu qətllər isə emolar arasında ciddi panikaya səbəb olub. Gənclərin çoxu adətən ölkədə yayılan məzhəbləşməyə etiraz olaraq emo geyimlərinə meyl edirdisə, indi çoxu qaçıb saçlarını qırxdırır. Emo geyimləri satan mağazalar isə kəllə fiqurlarını və başqa nişanələri yığışdırırlar.

19 yaşlı Hafidh Jamal Bağdad yaxınlığındakı Karradada işləyir. Deyir iki emo dostunu öldürəndən sonra yaşadığı Sədr məhəlləsindən qaçıb, saçlarını qırxdırıb, amma ölməkdən qorxmur.

19 yaşlı gey Nur isə deyir ki, bir həftədir ki, Bağdaddan Bəsrəyə qaçıb. Düşünür ki, burada daha təhlükəsiz olar.

“Biz heç kimə heç nə etməmişik. Onlar niyə bizə belə davranırlar. Biz gəncik və İraqın istənilən yerində istədiyimiz kimi geyinmək, saçımızı istədiyimiz kimi uzatmaq haqqımız var. bu bizim şəxsi azadlığımızdır. Bu kin niyə lazımdır ki. əvvəllər məzhəbləşməylə bizi bezdirmişdilər, indi də bu gəldi”.

İraqın əsasən şiələrin üstünlükdə olduğu hakimiyyət orqanları isə vəziyyətdə problemli heç nə görmür. Hətta ötən ay Daxili İşlər Nazirliyi EMO-ları Satanist, şeytana sitayiş edənlər adlandıran açıqlama yayıb, xüsusi polis qüvvələri vasitəsi ilə onların kökünün kəsiləcəyini duyurmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG