Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:07

Gənclərin mitinqinə icazə verildi


Bir neçə müxalif və müstəqil gənclər təşkilatlarının martın 17-də mitinq keçirmək müraciətini Bakı Şəhər İcra hakimiyyəti müsbət cavablandırıb.

Bu barədə Azadlıqradiosuna Müsavat Gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı məlumat verib.

Martın 15-də verilən cavabda deyilir ki, Bakı şəhər icra hakimiyyəti sərbəst toplaşma azadlığı haqqında qanuna riayət olmaqla martın 17-də Səbael rayonu, 20 sahə, sürücülük məktəbinin həyətindəki meydanda gənclərin mitinq keçirməsinə etiraz etmir.

Təşkilatçılardan xahiş olunur ki, mitinqdə dini-ədavəti təbliğ edən, təhqiredici şüraların istifadə olunmasına ciddi nəzarət etsinlər.

Səxavət Soltanlı deyir ki, onlar icra hakimiyyətinin cavabı ilə razıdılar və aksiyaya hazırlıqlarını davam etdirirlər.

“Biz əslində bu yeri istəmişik və müraciətimizidə də göstərmişik. Biz öz aksiyamızı keçirəcəyik. Bizə gec cavab verilib, amma heç bir problem yoxdur”

Gənclər 17 mart aksiyasında siyasi məhbuslara azadlıq, təhsildə rüşvətə yox, Qarabağla bağlı şüarlar səsləndirəcəklərini bildirilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG