Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:13

«Eurovision-2012»nin final mərhələsinin biletləri satışa çıxarılıb


Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final mərhələsinin biletlərinin satışa çıxarılıb.

Biletlər eurovision.tv saytında online sistemi ilə satılır. Biletlərin qiyməti 160-240 manatdır.

Mayın 22-də keçiriləcək I yarımfinalın (90-150 manat) və eyni mərhələnin əsas məşqinin biletləri (30-50 manat) fevralın 29-dan, mayın 24-də baş tutacaq II yarımfinalın və eyni mərhələnin əsas məşqinin biletləri martın 5-dən, final konsertinin münsiflərin səs verəcəyi əsas məşqin biletləri (60-100 manat) martın 12-dən satışa çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG