Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:17

200 hüquq müdafiəçisi Rusiya və Çinə çağırış etdi


200 hüquq müdafiəçisi qruplarından ibarət koalisiya Rusiya və Çini çağırır ki, 1 ildir davam edən qırğına görə Suriya hakimiyyətini beynəlxalq təzyiq altına salmağı nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qərarına dəstək versin.

Martın 15-də prezident Bashar al-Assad rejiminə qarşı üsyanların başlamasının bir illiyi münasibətilə verilən birgə bəyanatda bu barədə qeyd olunub.

Suriya rejiminin köhnə müttəfiqi və silah tıminatçısı Rusiya və Çin Təhlükəsizlik Şurasının qərarını imzalamaq üçün Qərb və Ərəb Liqasının cəhdlərinə əhəmiyyət vermir.

Bu arada məlumat verilir ki, Suriya dövlət qoşunları şimal əyaləti İdlibdə müxalifətin istinadgahını artilleriyadan atəşə tutub.

Tənqidçilərinə cavab olaraq Dəməşqdə, Aleppoda və başqa şəhərlərdə Suriya rejimi mitinqlər təşkil edib.
XS
SM
MD
LG