Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:14

QHT-lərin 265 layihəsi keçib


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilən birinci müsabiqənin nəticələrini açıqlayıb.

Bu barədə Şuranın internet səhifəsində məlumat verilib.

Məlumata görə, 2011-ci il dekabrın 30-da elan edilmiş müsabiqəyə 541 QHT-dən layihə təklif edilib. Onlardan 265 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib.

265 layihəyə ümumilikdə 1 656 700 manat vəsait ayrılıb.

Məlumatda qeyd olunur ki, bu vəsaitin 556 min 700 manatı 2-ci müsabiqə üçün nəzərdə tutulan puldan əlavə edilib.

Şura əlavə vəsaitin ayrılmasını müraciətlərin çoxluğu ilə əsaslandırır.
XS
SM
MD
LG