Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:38

Türkiyə «Eurovision» mahnısına klip çəkdi [VİDEO]


Türkiyənin «Eurovision- 2012» təmsilçisi Can Bonomo
Türkiyənin «Eurovision- 2012» təmsilçisi Can Bonomo
Türkiyənin «Eurovision- 2012» təmsilçisi Can Bonomonun «Love Me Back» mahnısının klipi bu gün TRT Müzik telekanalında təqdim olunub.

Xəbəri Eurovision.az saytı yayıb.

Klipin rejissoru mahnının aranjmançısı Can Şabandır.

Çəkilişlər İstanbul Universitetində, o cümlədən bir çox tarixi məkanlarda aparılıb.
80 nəfər aktyorun iştirakı ilə çəkilən klipin yaradıcı heyəti 70 nəfərdən ibarətdir.
Çəkilişdə 200 kostyumdan istifadə olunub.

Xəbərdə vurğulanır ki, yaradıcı heyət klipin uğur qazanacağına inanır.

Klip TRT Müzik kanalında yayımlandıqdan sonra müxtəlif kanallarda da nümayiş olunub.
Xatırladaq ki, Bakıda may ayının 22-24-də «Eurovision 2012»-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

EUROVİSİON 2012 - BÜTÜN XƏBƏRLƏR

Müsabiqənin qaydalarına əsasən 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

Müsabiqədə Azərbaycanı təmsil edəcək Səbinə Babayeva hələ mahnısını təqdim etməyib.

XS
SM
MD
LG