Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:40

Jurnalistə ölkədən çıxmağa icazə vermədilər


Martın 15-də növbəti Belorus müxalifəti fəalının Avropa Birliyi ölkələrinə girişi qadağan olundu. Belorus Jurnalistlər Assosiasiyasının sədri Jana Litvina deyir ki, Minsk beynəlxalq Hava Limanında mühafizəçilər onun Polşanın paytaxtı Varşavaya uçuşunun qarşısını alıblar. Onun sözlərinə görə, rəsmilər bu barədə heç bir açıqlama verməyiblər.

Bu günlərdə Belorus prezidenti Aleksandr Lukaşenkonun başqa tənqidçiləri də eyni taleyi yaşayıblar. Rəsmilər jurnalistlərin, müxalifət fəallarının və insan haqları müdafiəçilərinin xaricə səfərlərinə qadağa qoyulması ilə bağlı heç bir izahat vermirlər.

Bu qadağalar müxalifəti repressiyalara məruz qoyduqdan sonra Avropa Birliyinin belorus rejiminə qoyduğu sanksiyalardan sonra başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG