Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:52

Pakistanda oğurlanmış 2 isveçrəli əsirlikdən qaçıb


Pakistanda oğurlanmış 2 isveçrəli girov əsirlikdən qaçıblar.

Bu barədə Pakistan daxili işlər Nazirliyinin əməkdaşı xəbər verir.

Onlar 8 ay bundan əvvəl Bəlucistan əyalətində oğurlanmışdılar.

Ər-arvad olan 31 yaşlı Oliver Davidlə 28 yaşlı Daniela Widmer Şimali Vəziristanda saxlanılırdılar.

Bundan əvvəlki məlumatda Talibanın onları azad etdiyi bildirilirdi.

Məlumatlara görə, Taliban onların əvəzində ABŞ-da həbsdə olan pakistanlı alimin verilməsini tələb edirdi.

Pakistandakı İsveçrə səfirliyi hələlik məsələyə münasibət bildirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG