Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:10

Vaşinqtondakı Türk-Amerika Alyansı Azərbaycana dair təqdimat keçirib


Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, təqdimatda səfir Elin Süleymanov ABŞ-Azərbaycan münasibətlərindən danışıb. Vaşinqtonun münasibətlərə uzunmüddətli və strateji prizmadan yanaşmasının önəmini vurğulayıb.

Azərbaycanın bölgədəki roluna və iqtisadi inkişafa toxunan səfir bu əməkdaşlıq nəticəsində Gürcüstan iqtisadiyyatının inkişaf etdiyini və bunda Azərbaycanın əhəmiyyətli rolu olduğunu qeyd edib.

Səfir deyib ki, Ermənistanın regiondakı bu iqtisadi inkişafdan kənarda qalmasının səbəbi rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqe ilə bağlıdır.

Elin Süleymanov Azərbaycan cəmiyyətinin əsas sütunlarının tolerantlıq və açıq dəyərlər olduğunu bildirib. Azərbaycan dövlətçiliyinin etnik və dini faktorlar üzərində deyil, vətəndaş kimliyi üzərində qurulduğunu, Azərbaycanın 1918-ci ildən bəri demokratik siyasi düşüncələr ənənəsinin təmsilçisi olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG