Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:16

Kənd təsərrüfatı istehsalçılarına yardımlarının verilməsinə başlanıb


Kənd təsərrüfatı istehsalçılarına yardımlar və subsidiyalar verilməsinə başlanılıb.

Kənd Təsərrüfatı nazirliyinin yaydığı məlumata görə, bu barədə qərar Respublika Komissiyasının martın 7-də keçirilən iclasında qəbul edilib. 57 rayon (şəhər) komissiyasının təqdim etdiyi materiallara baxılıb. Ümumilikdə 164 min istehsalçıya 24 milyon manatdan artıq subsidiya verilməsi barədə qərar qəbul edilib.

2007-ci ildən kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə 40 manat, habelə hər hektar buğda və çəltik səpininə görə əlavə 40 manat yardım verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG