Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:40

Quba hadisələrindən təəccüblənən sabiq səfir, icazəsiz mitinqin 110 minlik cəriməsi...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Wilsonun «Turan»a verdiyi müsahibəsini dərc edib.

Keçmiş səfir müsahibəsində Quba hadisələrinə toxunub.

«Qubada əhalinin təzyiqi ilə icra hakimiyyətini qovmaq məcburiyyətində qaldığını eşitmək mənə maraqlı oldu. Mərkəzi Asiya və Qafqazda dəyişikliklərin davam edəcəyini və orda yaşayan insanların azadlığına, təhlükəsizliyinə və sabitliyinə şərait yaradılacağını gözləyirəm. Qərb regionda gedən proseslərdə fəal iştirak etməli, transatlantik dəyərləri irəli çəkməlidir».

İCAZƏSİZ AKSİYANIN QİYMƏTİ

«Yeni Azərbaycan» qəzeti ictimai-siyasi sabitliyin hüququ düsturundan yazır. Qəzet yazır ki, bu günlərdə İsveçrənin ikinci ən böyük şəhərində Cenevrədə icazəsiz aksiyalarla bağlı referendum keçirilib.

«Bundan sonra icazəsiz etiraz aksiyalarında iştirak etmək istəyən hər bir Cenevrə sakini şəhər hakimiyyətinə 100 min İsveçrə frankı (110 min dollar) məbləğində cərimə ödəməli olacaq».


«FƏLAKƏT SSENARİSİ, YOXSA BARIŞ?...»

«Yeni Müsavat» qəzeti Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun hakimiyyətin müxəlifətlə dialoqa hazır olması barədə dedikləri fikirlərə toxunur.

Qəzet yazır ki, «dialoqun olması müxalifətə lütfkarlıq deyil, bu eyni dərəcədə hakimiyyətin özünə də lazımdır». Amma qəzetə görə, «problem təkcə ölkə daxilində, demokratiya məsələsində deyil, həm də Azərbaycanın ətrafında mürəkkəbləşməkdə olan xarici maraqların və təsirlərin artan ziddiyyətindədir. Belə bir şəraitdə hakimiyyətin və ölkənin gələcəyini güc strukturları ilə təmin etməyin necə yanlış bir yol olduğunu Ərəb baharının nümunəsində gördük»


VİCDAN MƏHBUSLARI ACLIQ ƏRƏFƏSİNDƏ

«Bizim yol» qəzeti yazır ki, əfv siyahısının prezidentə göndərildiyini yazır. «Vicdan məhbuslarının azadlığa buraxılıb-buraxılmayacağı məlum deyil». Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək ictimai Birliyinn sədri Oqtay İsgəndərli qəzetə müsahibəsində vicdan məhbuslarının aclıq aksiyasına başlamaq ərəfəsində olduğunu deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG