Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

Suriya ordusu müxalifətin mövqelərinə hücuma keçib


Suriya ordusu çərşənbə günü ölkənin müxtəlif bölgələrində müxalifətin dayaq məntəqələrinə hücum edib.

Müxalifət fəalları ölkənin cənubundakı Dera şəhərinin artileriya atəşinə tutulduğunu, bir neçə evin dağıldığını xəbər verirlər.

Həmçinin ölkənin şimalında yerləşən İdlib əyalətindəki əl Canudiyə kəndinin tanklardan atəşə tutulduğu xəbər verilir.

Amma bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
XS
SM
MD
LG