Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

İranda peyk antennalarını sökürlər (FOTOLAR)


İranda peyk antennalarından istifadə qadağandır.

Polis adamların evlərinə girib kimdə "boşqab" varsa, sökür.

Hökumət insanların xarici kanallara baxmasından çox narahatdır.

Mollalar isə deyir ki, xarici kanallar İrana qarşı "informasiya savaşı"nın tərkib hissəsidir və şəriət qaydalarına ziddir.

Son illər peyk antennalarının axtarılıb tapılmasına xeyli sayda qüvvə sərf edilsə də, effekti azdır, iranlıları öz sevimli proqramlarından ayırmaq müşkülə dönüb.

Son məlumata görə, Tehran əhalisinin təxminən 65 faizi peyk antenalarından istifadə edir.

Bu şəkillər bu il fevralın 21-də Tehranın şərqində yerli polisin keçirdiyi əməliyyatdandır.




Tehranın şərqində polisin sökdüyü peyk antenaları, 21 fevral, 2012

Tehranın şərqində polisin sökdüyü peyk antenaları, 21 fevral, 2012


Sökülmüş peyk antenaları polis maşının yük yerində, Tehran, 21 fevral, 2012

Sökülmüş peyk antenaları polis maşının yük yerində, Tehran, 21 fevral, 2012


Tehranda polisin sökdüyü peyk antenaları, 21 fevral, 2012

Tehranda polisin sökdüyü peyk antenaları, 21 fevral, 2012



Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG