Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:27

ABŞ-ın müdafiə naziri Əfqanıstana gəlib


ABŞ-ın müdafiə naziri Leon Panetta Əfqanıstana gəlib. O burada ölkə rəhbərliyi və amerikalı hərbçilərlə görüşəcək. Panettanın təyyarəsi Əfqanıstanın cənubundakı Hilmand əyalətindəki aviabazaya enib.

Leon Panettanın Əfqanıstana olan ikigünlük səfəri martın 11-də ABŞ əsgərinin dinc əfqanları güllələməsindən sonraya təsadüf edir.

Martın 11-də adı çəkilməyən ABŞ hərbçisi səhər tezdən Qəndəhardakı kəndlərdən birinə gəlib 16 dinc sakini güllələmişdi. Onlardan 9-u uşaq olub.

Baş verən qanlı hadisəyə görə ABŞ Əfqanıstandan üzr istəyib. Dinc sakinləri güllələyən hərbçi haqqında ölüm hökmü çıxarılacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG