Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:53

Britaniyada artıq iki nəfər uniformaya - iş geyiminə uyğun gəlmədiyinə görə xaç taxmaq bəhanəsiylə işdən qovulub

Britaniya hökuməti xristian simvollarını qadağan edə bilər. Artıq iki nəfər boynunda xaç gəzdirdiyinə görə işdən qovulub. Onlar işlədikləri şirkəti məhkəməyə versələr də, bütün instansiyalarda uduzublar. İndi isə məsələ Avropa İnsan Haqları Məhkəməsinə çıxıb.

XAÇ UNİFORMAYA UYĞUN DEYİL

İlk belə hadisə 2006-cı ildə baş verib. British Airways şirkətinin əməkdaşı Nadia Eweida xaç salmaqla uniforma qaydalarını pozduğuna görə müəyyən müddətliyinə işdən uzaqlaşdırılmışdı. O, hava yollarını məhkəməyə verəndən sonra isə ümumiyyətlə işdən qovulub.

Bundan sonra The Royal Devon & Exeter NHS Trust Hospitalına çalışan tibb bacısı Shirley Chaplin oxşar səbəbdən işdən çıxarılıb. 30 il bu xəstəxanadan işləyəndən sonra onu xaç saldığına görə işdən qovmuşdular. Tibb bacısına bildirmişdilər ki, iş yerində zərgərlik məmulatı taxmaq sanitariya və gigiyena qaydalarına ziddir.

İNANCA GÖRƏ YOX, DİNƏ GÖRƏ XAÇ TAXIRLAR

“The Guardian” yazır ki, hər iki qadın Birləşmiş Krallıqdakı məhkəmələri uduzandan sonra Strasburqa üz tutub. Lakin Britaniya rəsmiləri də xaç salmağın əleyhinə çıxış edirlər. Bərabərlik naziri Lynne Featherstone da xaça qarşı danışıb. Hətta Canterbury arxiyepiskopu deyib ki, boyuna xaç salmaq xristian simvolu sayılmır, bu, daha çox bəzək xatirinə edilir.

Keçmiş arxiyepiskop, lord George Kerri hökuməti bu istəyinə görə tənqid atəşinə tutub. O, dövlətin dindarlar üzərində diktatura yaratmaq istədiyini, xristianlığı ictimai həyatdan sıxışdırıb çıxartmağa çalışdığını iddia edib.

GEYLƏR EVLƏNƏ BİLƏR, AMMA XAÇ TAXILMAZ

Müstəqil ekspertlər qeyd edirlər ki, son vaxtlar Birləşmiş Krallıqda kilsə və dövlət arasında mübarizə gedir. Katolik dini liderlər hökumətin eyni cinslər arasında nikahları qanuniləşdirmək istəyini tənqid edəndən sonra hökumət nümayəndələri də xaçın qadağan olunmasına tərəfdar çıxıblar. Maraqlıdır ki, geylər arasında nikahların leqallaşdırılması təşəbbüsü ilə elə xaçın əleyhinə çıxan nazir - Lynne Featherstone çıxış etmişdi.

Bundan əvvəl Avropa Məhkəməsi italyan katolik məktəblərində divarlarında çarmıxa çəkilmiş İsa, xaç təsvirinin saxlanmasına qərar verib. Hazırda Britaniyada digər din nümayəndələrinə dini simvolikadan istifadəsinə problem yaradılmır. Hicab taxan qadınlara nəinki küçədə, iş yerlərində də rast gəlmək mümkündür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG