Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:58

İran hərbi eksperimentlərin izlərini gizlədiyini təkzib edir


İran Tehran yaxınlığındakı Parçin zavodunda nüvə sınaqlarının izlərini yox etməsi iddialarını rədd eləyib. Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanparast deyib ki, radioaktiv izlərin təmizlənməsi və ya gözlədilməsi mümkünsüz bir şeydir.

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi ötən həftə bildirib ki, peykdən çəkilən görüntülərə əsasən, Parçində nəsə baş verir.

İran fevralda müfəttişləri bu zavoda buraxmamışdı. Martda isə onları yenidən zavoda dəvət edib. İndi Qərb diplomatları iddia edirlər ki, İran burada nüvə silahı ilə bağlı eksperiment aparıldığını göstərən dəlilləri başqa yerə köçürür.

Tehransa nüvə proqramının hərbi istiqamətləri olmadığında israr edir.
XS
SM
MD
LG