Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:25

Əfqanıstan rəsmiləri atəşə tutulub


Əfqan rəsmiləri Amerika əsgərinin 16 dinc sakini öldürdüyü kəndə gələndə yolda atəşə tutulublar. Rəsmiləri müşaiyyət edən bir əfqan əsgəri ölüb. Dünən axşam də nümayəndə heyətinə başqa hücumda rəsmilərdən də yaralanan olmuşdu. Nümayəndə heyətinə prezident Hamid Karzainin 2 qardaşı da daxildir.

Günboyu isə Əfqanıstanın Şərqindəki Jalalabad şəhərində “Amerikaya ölüm” şüarları ilə etirazlar keçirilib. Minlərlə adam Amerika əsgərinin Qəndəharda 9-u uşaq olmaqla 16 dinc sakini səbəbsiz yerə gülləməsinə etiraz edib.

ABS-in müdafiə naziri Leon Panetta bildirib ki, həmin əsgərə edam cəzası verilə bilər. Panetta əlavə edib ki, bas verənlər ABS-in Əfqanistandaki strategiyasini dəyisməyəcək. Ondan əvvəl isə belə bir bəyanatla ABS prezidenti çixis etmisdi.

ABS bas verən hadisəyə görə Əfqanistandan rəsmi üzr istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG