Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:18
Martın 13-də AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan 2 aprel məhbusları Şahin Həsənli, Sahib Kərimov və Məhəmməd Məcidli ilə görüşə gedib.

F. Qəhrəmanlının verdiyi məlumata görə, görüşə icazə verilməyib. Müəssisənin rəis əvəzi Nazim Kəngərli bildirib ki, qanuna əsasən görüşdə məhbusların qohumları iştirak etməlidir: «Bundan əvvəl isə biz onlarla görüşmüşdük. Bəs necə olur 20 gün əvvəl qanun görüşə icazə verirdi, indi yox?».

F. Qəhrəmanlı hesab edir ki, bu, 2 aprel məhbuslarına olan təzyiqin bir hissəsidir.

Penitensiar Xidmət İdarəsi mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirdi ki, qanunvericiliyə görə, məhkumlarla görüşün verilməsi müəssisə rəhbərinin səlahiyyətindədir: «Məhkumların qohumu olmayan şəxslərə görüş verib-verməməyi müəssisə rəisi təmin edir. O özü müəyyənləşdirir ki, həmin görüş məhkumun psixoloji durumuna, onun islah olunmasına, müsbət və ya mənfi təsir göstərə bilər, ya yox».

2 aprel məhbusları Şahin Həsənli və Sahib Kərimov 2 il, Məhəmməd Məcidli 2 il 6 ay azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG