Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:04

Rusiya Suriyaya silah satmağa davam edəcək


Rusiya Qərbin çağırışlarına baxmayaraq, Suriya rejiminə silah satmağı dayandırmayacaq. Rusiyanın Müdafiə nazirinin müavini Anatoly Antonov deyib ki, Moskva Bashar Assadin son güclü müttəfiqi kimi qüvvədə olan müqavilələr üzrə öhdəliklərini sona qədər yerinə yetirəcək.

Qərb dövlətləri və insan haqları təşkilatları dinc sakinlərin öldürülməsində məhz rus silahlarından istifadə etdiyini bildirir. Human Rights Watch Suriya rejiminin müxaliflər qaça bilməsinlər deyə Livan və Türkiyə sərhədi boyunca piyada əleyhinə Rusiya istehsalı olan minalar döşədiyini bildirib.

BMT-nin hesablamalarına görə, 1 ildən çoxdur davam edən etirazlar zamanı Suriya rejimi artıq 10 minə yaxın dinc sakin öldürüb, 230 minə yaxın adam da ölkədən qaçıb.
XS
SM
MD
LG