Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:32
İsveçin Milli Finalında Bakıya həsr olunan mahnı ifa edilib.

Bu xəbəri Eurovision.az saytı yayıb.

Sayt bildirir ki, İsveçin Eurovision- 2012 təmsilçisinin seçildiyi «Melodifestivalen»in finalı maraqlı açılışla yadda qalıb.

Aparıcıların İsveçli fanları «Eurovison 2012»yə - Bakıya dəvəti maraqlı şou ilə müşayiət olunub.

«Bakı, Bakı» ifa edən aparıcılar Bakıya sevgilərini tamaşaçılarla bölüşüb.

Mahnıda deyilir:

«İşlərimizi bir kənara qoyub hamılıqla mayda Bakıya getməliyik. Milli finalımız başa çatan kimi Şərqə doğru - Azərbaycana, Eurovision qalibləri Ell və Nikkinin vətəninə getməliyik».
Saytda həmçinin Bakıya həsr edilmiş mahnının videosu da yer alıb.

Bakılıları maraqlandıracağını düşünüb mahnını saytımıza yerləşdirməyə qərar verdik.

Dinləyin və söyləyin:

Ən son «Bakı» mahnısı xoşunuza gəlirmi?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG