Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:48

Vasif Talıbova fəxri doktor adı verilib


-Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Şərq Qapısı
31.01.2012
Sayı: 16(20.424)

GƏNC POLİS NƏFƏRLƏRİNİN ANDİÇMƏ MƏRASİMİ

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin sıravi, kiçik rəis heyəti hazırlayan məktəbinin ötən tədris ilinin buraxılışı münasibətilə polis nəfərlərinin andiçmə mərasimi keçirilmişdir. Andiçmə mərasimini məktəbin rəisi səlahiyyətlərini icra edən polis polkovnik – leytenantı Fariz İsmayılov açmışdır. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir...

...Ölkəmizdə əmin – amanlığın, asayişin qorunmasında polis əməkdaşlarının üzərinə mühüm vəzifələr düşür.

Andiçmə mərasimində çıxış edən polis kiçik serjantı Ələkbər Xudaverdiyev dövlətimizin onlar qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz vermişdir.
Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, polis general – mayoru Qaçay Quliyev və istefada olan polis polkovniki Yadulla Əliyev gənc polis nəfərlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİNƏ BATUMİ DÖVLƏT UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR

Acarıstan Muxtar Respublikasının ən mötəbər ali təhsil ocağı Şota Rustaveli adına Batumi Dövlət Universitetidir...

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova Batumi Dövlət Universitetinin Fəxri Doktoru diplomunun təqdimat mərasimi keçirilmişdir.

Mərasimi Batumi Dövlət Universitetinin Elmi Şurasının ən qocaman üzvü Quram Çaqanava açmış, universitetin prorektoru İrakli Baramidze Ali Məclis sədrinin tərcümeyi – halı barədə məlumat vermişdir.

...Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bildirmişlər ki, Elmi Şuranın qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə Fəxri Doktor adının verilməsi Batumi Dövlət Universitetinin həyatında əlamətdar hadisədir...

...Qədim bir gürcü məsəlində deyilir ki, «Tataris şeni dzmaa» ,- yəni azərbaycanlı sənin qardaşındır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri ilə görüş
- Adını söylə, kimliyini mən deyim
- Türkiyənin kitab ərmağanı
- Acarıstanda şərab istehsalı qədim ənənəyə malikdir.
- Naxçıvan rabitəsi NGN texnologiyası əsasında yenidən qurulur

Şərhləri göstər

XS
SM
MD
LG