Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:31

149 uşaq ailəsinin himayəsinə verilib


Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər) çərçivəsində 149 uşaq bioloji ailəsinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Bu haqda Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, son 2 ildə 10-17 yaş arası 24 uşaq övladlığa verilib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən alternativ qayğı mərkəzlərinin yaradılması sayəsində 465 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Eyni zamanda dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalıb və 2008-ci ildə 14389 nəfər təşkil edən bu rəqəm 2011-ci ildə 9776 nəfərə enib.

Dövlət uşaq müəssisələrində yaşayan, lakin övladlığa, qəyyumluğa və ya himayədarlığa verilməsi mümkün olmayan 10 uşağın ailə mühitində yaşamasını təmin etmək üçün ailə tipli kiçik qrup evi tikilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG